Gündəm 

Cəbrayılda erməni general təcili tibbi yardım maşınına minib qaçdı – Eduard Vartanyan – VİDEO

Cəbrayılda Ermənistan ordusunun bütün müdafiə xətləri məhv edildi. 80 erməni əsgərdən 40 nəfər qalmışdı.

ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bunu erməni MMA döyüşçüsü Eduard Vartanyan deyib.

“Cəbrayılda olan erməni general təcili tibbi yardım maşınını saxladı, içindəki əsgərləri düşürüb, özü mindi” – deyə Eduard Vartanyan bildirib.

Onun sözlərinə görə, Azərbaycanın Pilotsuz Uçuş Aparatları mülki maşınları, obyektləri vurmurdu, buna görə də erməni general təcili tibbi yardım maşınına minib ərazidən qaçıb.

 

Daha çox xəbərlər