Gündəm Manset 

Ulu Öndər Heydər Əliyevin söylədiyi “Qoy ədalət zəfər çalsın!” şüarı həmişə həyat amalımız olacaq.

Ümummilli liderimizin Azərbaycan ədliyyəsinə xüsusi diqqət və qayğısı sayəsində hüquq sistemində inqilabi-demokratik yeniliklərə səbəb olan məhkəmə-hüquq islahatı həyata keçirilmişdir.Ədliyyə işi müasir tələblər səviyyəsinə  uyğunlaşdırılmış, Ulu öndər Heydər Əliyevin dövlət quruculuğu xəttini uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ədliyyə sistemi inkişaf etdirilərək, onun normativ bazası daha da təkmilləşdirililmişdir.

22 noyabr tarixinin ədliyyə işçilərinin peşə bayramı günü kimi qeyd olunması Ümummilli Liderimiz Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə müəyyənləşdirilmiş, ədliyyə işçilərinin peşə bayramı gününün təsis edilməsi də dahi rəhbərimizin Azərbaycan ədliyyəsinə xüsusi diqqət və qayğısının bariz təzahürü olmuşdur. Demokratik hüquqi dövlətin təməl daşlarından biri hesab olunan müasir müstəqil məhkəmə hakimiyyətinin bərqərar olması da məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Ümummilli Lider Heydər Əliyevin qətiyyəti və siyasi iradəsi sayəsində ölkəmizdə məhkəmə-hüquq islahatlarına başlanılmışdır. Nəticədə ölkəmizdə beynəlxalq standartlara cavab verən qanunvericilik bazası yaradılmış, şəffaf prosedurlar əsasında peşəkar hakim və ədliyyə korpusu formalaşdırılmışdır.

Ulu Öndər Heydər Əliyevin ənənələrini davam etdirərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ədliyyə orqanlarının işinin daha da təkmilləşdirilməsinə, müasirləşdirilməsinə daim diqqət və qayğı göstərir. Ölkə Rəhbərinin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı islahatların nəticəsi kimi Ədliyyə Nazirliyinin funksiya və səlahiyyətləri genişlənmiş, Ədliyyə Akademiyası, regional ədliyyə idarələri, xüsusi notariat institutu, probasiya xidməti təsis edilmiş, elektron reyestrlər və informasiya sistemləri yaradılmaqla vətəndaşların ədliyyə təsisatlarına çıxışı xeyli asanlaşmışdır. Bu istiqamətdə görülən işlərin nəticəsidir ki, son dövrlərdə ölkəmizin paytaxtında, regionlarımızda fəaliyyət göstərən bir çox ədliyyə, məhkəmə orqanları yeni, müasir tələblərə cavab verən binalarda rahat iş şəraiti ilə təmin edilmişlər.

Ədliyyə orqanları böyük kollektivlərdən ibarətdir, bu kollektivlərdə minlərlə insan çalışır.Əminliklə bildirmək istəyirəm ki, gələcəkdə dəşərəfli və ləyaqətli işimizdə  məsuliyyətli və vicdanlı olmaqla , ədliyyə işçisi adını həmişə yüksəkdə tutmağa çalışacağam . Ulu Öndər Heydər Əliyevin söylədiyi “Qoy ədalət zəfər çalsın!” şüarı həmişə həyat amalımız olacaq.

Bundan sonra da hər birimiz Heydər Əliyevin dövlətçilik ideyalarına sadiq qalaraq möhtərəm cənab Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşərək, əlimizdən gələni əsirgəməməli, Dövlət Rəhbərinin tapşırıqlarına uyğun olaraq ölkəmizin hərtərəfli tərəqqisi naminə öz vəzifə borcumuzu layiqincə yerinə yetirməli və bundan sonra da daha əzmlə çalışmalıyıq.

Onu da qeyd etmək istərdim ki, son 44 gün xalqımızın tarixinə qızıl hərflərlə yazılıb. Uzun illərdən bəri Ermənistanın xalqımıza qarşı apardığı çirkin, murdar siyasətə layiqincə cavab verilib. Ermənilər 1988-ci ildən başlayaraq separatçılğı qızışdırmış, ölkəmizin ərazi bütövlüyünə qəsd etmişdir. Saysız – hesabsız qətliamlar törətmiş, yüzminlərlə azərbaycanlıları ev-eşiyindən didərgin salmışdılar. İllərlə ATƏT-in Minsk qrupu münaqişənin həlli ilə məşğul olmaq kimi fəaliyyət göstərsədə ancaq əməli heç bir irəliləyiş olmamışdır. İstənilən halda təcavüzkarı şirnikləndirmiş, onların işğal etdikləri ərazilərdə istehkamlar qurmaqla möhkəmlənməsinə şərait yaratmışdılar.Ancaq Ölkəmizin Ali Baş Komandanı, prezidentimiz İlham Əliyevin qətiyyəti sayəsində sentyabrın 27-də başlayan əks hücum əməliyyatları qısa zamanda bir-birinin ardınca qələbələr bizə yaşatmışdır. 44 gün ərzində düşmən ordusu darmadağın edilmiş, düşmənin işğalında olan torpaqlarımızın əksəriyyəti azad edilmişdir. Şuşanın erməni işğalçılarından geri alınması, xüsusilə qalibiyyətimizi təmin etmişdir. Düşmən bununlada sarsılmış ali baş komandanımızın qətiyyəti qarşısında tab gətirməyərək təslimçilik bəyənnaməsinə qol çəkmişdir. İndi ölkəmizdə bayram əhval-ruhiyyəsi hökm sürür. Hamılıqla bayram sevinci yaşayırıq. Bu gün xalqımızı qələbələrimiz münasibətilə təbrik edir, ordumuza, prezidentimizə təşəkkürümüzü bildiririk. Tanrı xalqımızı qorusun!!

Əfəndiyeva Məftunə Mustafa qızı

Bərdə regional ASAN  xidmət mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin rəisi

Daha çox xəbərlər