İmran Xan: Azərbaycan Ordusu şücaət göstərdi
Pakistanın Baş Naziri İmran Xan Azərbaycan Silahlı Qüvvələrinin Dağlıq Qarabağın işğaldan azad edilməsi əməliyyatlarını alqışlayıb.
ARANTV.AZ Azvision-a istinadən xəbər verir ki, bu barədə Pakistan lideri ölkə televiziyasına müsahibəsində deyib.
“Azərbaycan Ordusu nümunəvi şücaət göstərdi”, – deyən Baş Nazir əlavə edib ki, Dağlıq Qarabağ məsələsi ilə bağlı heç bir mübahisə yoxdur.
“Bütün dünya Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu qəbul edir. Onlar (azərbaycanlılar) öz ərazilərinə qayıdırlar”.

