MÖHTƏŞƏM QƏLƏBƏMİZİN TƏMİNATÇISI
Mənfur və faşist xəslətli ermənilər tərəfindən işgal olunmuş Qarabağımızın- doğma yurd-yuvalarımızın həsrəti ilə bir qərinəyə yaxın zaman kəsiyində yaşadığımız ağrılara və nisgillərə rəşadətli Ordumuzun sentyabrın 27-dən başlayan növbəti əks-hücum əməliyyatı nəticəsində nəhayət ki, son qoyuldu. Azərbaycan əsgəri bu günlər ərzində bir-birinin ardınca uzun illər ayağımız dəymədiyi müqəddəs torpaqlarımızı, şəhər, kənd və qəsəbələrimzi sürətlə düşmən tapdağından azad edirdi. Bu ürəkaçan, könül coşduran, hər birimizə sonsuz qürur və fərəh verən qələbə müjdələrini hər dəfə ölkə başçısı böyük fəxarət hissi ilə doğma xalqımıza çatdırırdı. Sözün həqiqi mənasında döyüşlərin davam etdiyi 44 günün hər anını, hər dəqiqəsini müzəffər Ordumzun qələbə müjdəsi ilə yaşayırdıq Artıq böyükdən kiçiyə qədər hamımız qələbə sorağı almaq xəbəri üstə köklənmişdik. Füzuli, Horadiz, Cəbrayıl, Qubadlı, Zəngilan, Suqovuşan, Şuşa… Məhz möhtərəm Prezidentimiz. Ali Baş Komandan İlham Heydər oğlu Əliyev cənablarının düşünülmüş, məqsdyönlü siyasi iradəsi, qətiyyəti,güclü diplomatiyası, qüdrətli, müzəffər, yenilməz və rəşadətli Mlli Ordumuzun sıralarında yüksək döyüş qabiliyyəti nümayiş etdirən əsgər və zabitlərimizin cəbhəboyu bütün istiqamətlərdə misilsiz şücaətləri, xalqımızın bir bayraq altında yumruq kimi birləşməsi sayəsində cəmi 44 gün ərzində düşmən qüvvələri darmadağın edildi. Qəhrəman Azərbaycan ərənlərinin qarşısında duruş gətirməyən təcavüzkarlar, yalançı demokratiyadan dəm vurmaqla, ədaləti və haqqı qoyub, bizə böhtanlar yağdıran bir sıra üzdəniraq siyasət bayquşlarının dəstəklədikləri özündən müştəbeh Paşinyan hökuməti beləliklə məcbur olub, alçaldıcı təslimçilik aktını imzaladı.
Bütün Azərbaycan xalqı noyabrın 8-də mədəniyyətimizin beşiyi Şuşanın işğaldan azad olunduğu, noyabrın 9-da Bayraq gününün sevincini yaşadığı bir zamanda nəinki Cənubi Qafqazda, eləcə də dünyada haqqın,ədalətin, sulhün, mehriban qonşuluğun və xoş müjdələrin carçısı zirvəsinə ucalmış ölkə başçısı, Ali Baş Komandan İlham Əliyev cənabları gecənin bir yarısı-noyabrın 10-da doğma xalqına bütöv Qarabağımızın işğaldan azad olunduğunu bəyan etdi
Artıq neçə gündür ki, şanlı qələbəmizin bəxş etdiyi sevincli, təntənəli günləri yaşayır, işğaldan azad olunmuş ərazilərimizdə vuqarla dalğalanan üçrəngli bayrağımızın fövqündə sonsuz qürur hissi keçiriririk
Sözün həqiqi mənasında düşmənə qarşu başladığımız Vətən müharibəsində qazandığımız cahanşümul qələbəyə bərabər bu uğurumuzda daim mənəvi dəstəyini əsirgəməyən türk qardaşlarımıza, həmçinin dini, dili, milliyyəti, özgə olmaqla Azərbycanın haqlı olduğunu müdafiə edən sulhsevər və tərəqqipərvər ölkələrin xalqlarına sonsuz minnətdarlıq dyğularımızı ifadə edir, bu qələbənin təmin olunmasında canlarından keçmiş qəhrəman şəhid ovladlarımızın müqəddəs ruhu qarşısında ehtiramla baş əyirik.
Ədliyyə orqanında çalışdığım üçün onu da qeyd etməyi lazım bilirəm ki, bu qələbə müjdəsi müəllifi ümummilli lider Heydər Əliyev olan müstəqil respublikamızın dövlətçilik tarixinə yeni Konstitusiyamızın qəbul edildiyi və Ədliyyə orqanlarının yaradılmasının 102-ci ildönümü kimi daxil olmuş əlamətdar hadisələr ərəfəsinə təsadüf etdiyindən sonsuz məmnunluq hissi keçirir. ümmanlar qədər sevinc içərisindəyəm. Fürsətdən istifadə edib bütün həmkarlarımı təbrik edir, gözaydınlığı verir, qarşıdan gələn peşə bayramınız mübarək olsun, – deyirəm
Eşq olsun bizə bu möhtəşəm qələbə sevincini bəxş eməklə alnımızı açıq, başımızı uca edən polad iradəli Ali Baş Komandan İlham Əliyev cənablarına, güclü, qüdrətli və yenilməz Milli Ordumuza! Yaşasın dünyada Vətənimizə cəsurlar. qəhrəmanlar, mübarizlər ölkəsi titulunu ləyaqətlə haqq etmiş İlham Əliyev! Yaşasın qəhrəman Prezidentimizin ətrafında yumruq kimi birləşən xalqımız!
Qarabağ Azərbaycandır! Yaşasın Azərbaycan!
Gülyanaq BAXIŞOVA,
Yevlax şəhər 1 saylı Notariat ofisinin notariusu.

