Azərbaycana alkoqollu içkilərin idxalı azalıb
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandan 9 667,15 min ABŞ dolları dəyərində alkoqollu və alkoqolsuz içkilər və sirkə ixrac olunub.
ARANTV.AZ xəbər verir ki, Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, ixracın dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 55% azalıb.
Cari ilin 10 ayında qeyd olunan məhsulların ixracda xüsusi çəkisi 0,08%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 0,67%-ə bərabər olub.
Hesabat dövründə qeyd olunan məhsulların ölkəyə idxalının dəyəri 53 110,37 min dollar təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 8% azdır. Cari ilin yanvar-oktyabr aylarında qeyd olunan məhsulların idxalda xüsusi çəkisi 0,61% təşkil edib.”İki sahil”

