Gündəm 

Prezidentin sürdüyü avtomobilin özəllikləri – Video

Artıq bir neçə gündür ki, sosial şəbəkədə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfər zamanı zamanı istifadə etdiyi avtomobil maraq doğurub.

ARANTV.AZ  xəbər verir ki, “Birinci studiya” proqramında sözügedən maşınla bağlı süjet yayımlanıb. Bildirilib ki, “AzCan” təhlükəsizlik sahəsində müştərək Azərbaycan-Kanada müəssisəsidir və avtomobil həmin müəssisədə hazırlanır. Maşın 8 nəfərlik heyəti daşımaq üçün nəzərdə tutulub və üzərində müxtəlif növ silahları quraşdırmaq mümkündür.

17 ton ağırlığında olan “AzCan Sentry” 362 at gücündə, 6-7 litrlik dizel mühərrikinə sahibdir və tank əleyhinə minalara davamlıdır.

Zirehli avtomobil iki modeldə istehsal edilir və 20 kilometr məsafədə hərəkəti müəyyən edə bilər.

Daha çox xəbərlər