Düşmən daha 25 hərbçisinin öldüyünü AÇIQLADI
İşğalçı Ermənistan növbəti itkilərini açıqlayıb.
ARANTV.AZ xəbər verir ki, düşmən daha 25 hərbçisinin öldüyünü bildirib. Bununla da Ermənistanın rəsmi təsdqilənmiş məhv olan hərbçi sayı 2 425 nəfərə çatıb.
Səhiyyə naziri Arsen Torosyanın sözlərinə görə, daha 250 meyitin şəxsiyyəti müəyyənləşdirilməyib.
Qeyd edək ki, Ermənistan tərəfi etiraf etməsə də, işğalçı dövlətin 5 minədən artıq itki verdiyi bildirilir. /Axşam.az

