Gündəm 

Özbəkistanda Azərbaycanın turizm imkanlarının təqdimat mərasimi keçirilib

ARANTV.AZ xəbər verir ki, Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzində ölkəmizin turizm ehtiyatları, yeni turizm marşurutları və turpaketlərin təqdimatı olub.

Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin foyesində ölkəmizin turizm imkanlarına dair foto-sərgi, habelə Mərkəzin “Bacarıqlı əllər” uşaq klubunun istedadlarının milli mədəniyyətimizə dair hazırladıqları əl işləri, suvenirlər iştirakçılarda böyük maraq oyadıb.  Azərbaycanın “My Travel” turizm şirkəti ölkəmizin Naftalan müalicəvi sanatoriyaları, habelə Quba  rayonunun turizm imkanları haqqında nəşrlər təqdim edib. Bildirilib ki, Dövlət Başçısının müvafiq sərəncamları ilə ölkəyə turistlərin gəliş-gediş prosesi  sadələşdirilərək, “Asan viza” sistemi tətbiq edilib. Qeyd olunub ki, Naftalandakı bir sıra otellərdə yaradılmış şərait, tibbi turizm istiqamətində həyata keçirilən işlər, özbək turistlərin Azərbaycanın müalicəvi mərkəzlərindən istifadə etmə imkanları olduqca əhəmiyyətlidir. Təqdimat mərasimində Quba rayonunun turizm imkanları nümayiş etdirilib, yeni marşurut iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Tədbirdə Özbəkistan turizm şirkətləri nümayəndələrinin sualları cavablandırılıb, gələcək əməkdaşlığa dair məsələlər müzakirə edilib. Qeyd edək ki, bununla bağlı növbəti təqdimat noyabrın 20-də Səmərqənd şəhərində keçiriləcək.

Daha çox xəbərlər