Hadisə 

Tərtərdə 34 yaşlı kişinin yaşadığı evdə meyiti tapıldı

Tərtər rayonunda 34 yaşlı kişinin yaşadığı evdən meyiti tapılıb.

ARANTV.AZ report-a istinadən xəbər verir ki, hadisə Tərtər şəhərinin Qara Qarayev küçəsində yerləşən fərdi yaşayış evində baş verib.

Həmin evdə yaşayan 1984-cü il təvəllüdlü Rəşad Bayram oğlu Nərimanlının meyiti aşkar edilib. Meyit adiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.

Daha çox xəbərlər