Çində 30-a yaxın avtomobil zəncirvari qəza törətdi: ölənlər var
Çinin mərkəzi hissəsindəki Henan əyalətində 28 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.
ARANTV.AZ trend-ə istinadən xəbər verir ki, qəza nəticəsində azı 3 nəfər həlak olub, 10 nəfər isə xəsarət alıb.
Qeyd olunur ki, hazırda hadisə yerində xilasetmə işlər aparılır.
Zəncirvari qəzaya qatı dumanın səbəb olduğu deyilir.

