“XXI əsr: Modern cəmiyyət – insan tərbiyəsində qadınların rolu” adlı konfras keçirilib
ARANTV.AZ xəbər verir ki, Bakıda “XXI əsr: Modern cəmiyyət – insan tərbiyəsində qadınların rolu” adlı konfras keçirilib. Tədbir YAP Qadınlar Şurası ilə YAP Gənclər Birliyinin birgə təşkilatçılığı ilə baş tutub.
“XXI əsr: Modern cəmiyyət – insan tərbiyəsində qadınların rolu” adlı konfrasın iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsini andılar. Sonra keçirilən tədbirdə YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva ulu öndər Heydər Əliyevin Azərbaycan qadının ictimai-siyasi həyatdakı roluna üstünlük verdiyini vurğuladı. Milli Məclis sədrinin müavini Bahar Muradova dedi ki, Azərbaycan modern dövlət olaraq gender bərabərliyi istiqamətində mühüm addımlar atılır. Bu gün qadınlarımız Milli Məclisdə, təhsil, səhiyyədə, orduda, dövlət orqanlarında və digər sahələrdə təmsil olunurlar. Ulu öndərin əsasını qoyduğu bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Millət vəkili Sahibə Qafarova diqqətə çatdırdı ki, Azərbaycanın 1-ci vitse-prezidenti Mehriban Əliyeva beynəlxalq arenada qadınlarımızı yüksək səviyyədə təmsil edir. YAP GB-nin sədri Seymur Orucov, Ailə, Qadın, və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva da çıxışlarında vurğuladılar ki, bu gün Azərbaycanda qadınlara bərabər hüquqlar verən təkmil qanunvericilik bazası var. Dövlət İmtahan Mərkəzinin Məleykə Abbaszadə isə diqqəti təhsil sahəsinə yönəldərək, qızların təhsil almasının vacibliyini qeyd etdi.

