Yuxu rejiminə əməl olunmalıdır?
Bəs Yuxu rejiminə əməl olunmalıdır?
Hər gün eyni saatda yatın. Çox yorğun olsanız da, normal yuxu saatında yatmağa çalışın.
Hər gün yataqdan eyni saatda qalxın. Gecə necə yatmağınızdan, hansı saatda yatmağınızdan asılı olmayaraq səhər eyni vaxtda oyanın. İstirahət günləri də bu qaydaya əməl edin. Bu vacib şərtdir.
Yuxudan oyandıqdan sonra yataqda vaxt keçirtməyin. İstirahət məqsədi ilə yataqda vaxt keçirtmək yuxu ritmini pozur.
Özünüzü yatmağa məcbur etməyin, yuxunuz gəlmədən yatağa girməyin. Yatağınızda yarım saat vaxt keçirib hələ də yata bilməmisinizsə, yataqdan qalxın və səssiz bir işlə məşğul olun. Məsələn, zəif işıqda kitab oxuyun və ya ilıq duş, sakitləşdirici musiqi dinləyin.
Məsləhət görülən yuxu dərmanlarınızı yuxu saatınızdan təxminən 1 saat əvvəl qəbul edin. Beləcə dərmanın təsiri yuxu saatınızla eyni vaxtda ortaya çıxacaq.
Axşam saatlarında siqaret, çay, kofe, enerji içkiləri, spirtli içkilərdən uzaq durun. Bunların yerinə ilıq süd, ada çayı, çobanyastığı çayı kimi içkilərdən istifadə edə bilərsiniz.
Ac və ya tox yatmayın.
Yataqdan sadəcə yuxu məqsədi ilə istifadə edin. Yemək yemək, televiziya izləmək, kompüter, telefonla məşğul olmaq, kitab oxumaq kimi fəaliyətləri yatağınızda etməyin.
Yataq otağının səssiz, qaranlıq və normal temperaturda olmasına dəqqət edin.
Axşam saatlarında davamlı olaraq gimnastika və ya yürüyüş edin, ancaq yuxu saatından 3-4 saat əvvəlinə qədər fiziki yorğunluq verən işlərdən uzaq durun.
Gündüz saatlarında 1 saatdan artıq yatmayın. Gündüz 3-dən sonra yatmayın.
Fərqli yerlərdə yatmamağa diqqət göstərin.
Qastroezofagiyal reflüks xəstəliyi varsa, hündür yastıqdan istifadə edin.
Unutmayın, keyfiyyətli yuxu sağlam qalmanın əsas şərtlərindəndir.
Röya Rasimqızı, “İki sahil”

