DTX-nin əməkdaşları Xocalı soyqırımı qurbanlarının xatirəsini andı – VİDEO
DTX-nin əməkdaşları Xocalı soyqırımı qurbanlarının xatirəsini anıb.
Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət edib.
Abidənin önünə gül dəstələri qoyulub, soyqırımı zamanı həlak olanların əziz xatirəsi dərin ehtiramla yad edilib.

