Ekologiya İdarəsi yerli QHT-lərlə dəyirmi masa keçirib
ARANTV.AZ xəbər verir ki, mövzu Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş
Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018–2022-ci illər üçün Milli Strategiya olub.
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsininin Maarifləndirmə və Monitorinq üzrə sektor müdiri İsrafil Paşayev yerli QHT-lərlə birgə “Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018–2022-ci illər üçün Milli Strategiya”ya həsr edilmiş dəyirmi masa təşkil edib.
İsrafil Paşayev Muxtar Babayevin Ekologiya və Təbii Sərvətlər naziri təyin olunandan sonra görülən işlər, bir sıra struktur dəyişiklikləri barədə dəyirmi masa iştirakçılarını məlumatlandırıb.Bildirib ki, məişət tullantılarının idarəolunmasına nəzarət gücləndirilib.Rayon İcra Hakimiyyəti başçılarına bu sahədə görülməli olan işlər barədə məktublar ünvanlanıb. Məişət tullantılarının çeşidlənməsinə cavab verə biləcək zibil qutularının hazırlanıb yaşayış məntəqələrinin müxtəlif yerlərində yerləşdirilməsi xahiş olunub.
9 saylı Regional Ekologiya və Təbii Ehtiyyatlar İdarəsinin rəsmisi Füzuli Rayon İcra Hakimiyyətinin ətraf mühitlə bağlı məsələlərə xüsusi qayğı ilə yanaşdığını vurğulayıb:” Ətraf mühitin mühafizəsi istiqamətində görülən işlərdə Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin fəaliyyətini yüksək qiymətləndirmək olar. Rayon mərkəzi də daxil olmaqla bütün yaşayış məntəqələrində məişət tullantılarının idarəolunması məqsədilə yerlər ayrılıb, zibil qutuları qoyulub.Rayon ərazisində zibillə çirkənmə müşahidə olunmayıb. Bir sıra yerlərdə yaşıllıq zolaqları salınıb.Əfsuslar olsun ki, Regionl İdarənin əhatə etdiyi digər rayonlar barədə bunu demək mümkün deyil. Zibil qutuları tələb olunan saya görə normalara cavab vermir. Rayon mərkəzlərində azlıq təşkil edir. Mərkəzdən kənar yaşayış məntəqələrində isə ümumiyyətlə yoxdur. Zibil ocaqlarına mütəmadi olaraq rast gəlinir.”
Sektor müdiri əlavə olaraq bildirib ki, rəhbərlik etdiyi monitorinq qrupu davamlı olaraq belə halları aşkar edib, aktlaşdırırlar. Tədbirlərə görülməsi üçün icraya yönəldirlər.” Təəssüflər olsun ki, yerli hakimiyyət orqanları qanunvericilik baxımından məlumatsızdırlar. Ətraf mühitin çirkləndirilməsi hansı məsuliyyətə səbəb olur, bilmirlər. Buna görə də hər həftənin 5-ci günü idarəmizdə açıq qapı günü elan etmişik. Bələdiyyələrə informasiya dəstəyi verək, qanunvericiliklə bağlı onları marifləndirək. Təəssüflər olsun ki, az bələdiyyələr varki yaradılan bu imkandan istifadə edir.Qanunları bilməmək, yaxudda cəhd edib,öyrənməmək isə gələcəkdə həmin şəxslərin külli miqdarda cərimələrlə üzləşdirəcək.”
İsrafil Paşayev ətraf mühitin çirkləndirilməsinə görə sahibkarların, ticarət obyektləri sahiblərinində məsuliyyət daşıdığını bildirib: “ Mağaza sahibləri nazirlər kabinetinin qərarına əsasən obyektin ətrafını təmiz saxlamağa görə cavabdehdirlər.Əməl etməsələr cərimələnə bilərlər.Qərarın həmin hissəsini çoxaldaraq sahibkarlara dağıdırıq ki, onlar maariflənsinlər. “- deyə İsrafil Paşayev vurğulayıb.




