Gündəm 

Azərbaycan əsgərindən İNSANLIQ DƏRSİ – VİDEO

Azərbaycan əsgərləri işğal altındakı bölgələrə qanunsuz olaraq məskunlaşdırılan ermənilərə köçməkdə yardım ediblər.

ARANTV.AZ-ın verdiyi xəbərə görə, yayılan görüntülərdə Ağdam vilayətinin Abdal Gülablı kəndindəki evlərini vaxtında boşalda bilməyən bəzi erməni mülki şəxslərin Azərbaycan əsgərlərindən kömək istədikləri görünür.

Azərbaycanlı komandir erməni mülki şəxslərə “İstəsəniz, burada Azərbaycan vətəndaşı kimi qala bilərsiniz. İstəsəniz gedə bilərsiniz. Heç kim sizə pis davranmaz” sözləri ilə dünyaya insanlıq dərsi keçib.

Ermənilər göstərilən köməyə görə təşəkkür ediblər.

Həmin videonu oxuculara təqdim edirik:

 

Daha çox xəbərlər