Xocalı rayonunun Quşçubaba kəndi Baharlı adlandırılıb
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xocalı rayonunun Quşçubaba kəndinin Baharlı kəndi adlandırılması haqqında qanunu təsdiq edib.
ARANTV.AZ AZƏRTAC-a istinadən bildirir ki, qanunla Azərbaycan Respublikasının Xocalı rayonunun Qarabulaq kənd inzibati ərazi dairəsi tərkibindəki Quşçubaba kəndi Baharlı kəndi adlandırılır.

