Xocavəndin Tsakuri kəndi Hünərli adlanacaq – Təsdiqləndi
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xocavənd rayonunun Tsakuri kəndinin Hünərli kəndi adlandırılması haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb.
ARANTV.AZ AZƏRTAC-a istinadən bildirir ki, qanunla Azərbaycan Respublikasının Xocavənd rayonunun Çiraquz kənd inzibati ərazi dairəsi tərkibindəki Tsakuri kəndi Hünərli kəndi adlandırılır.

