Hikmət Hacıyev: “Qarabağ” sürgündə olan yeganə futbol klubu idi
“İşğaldan azad edilmiş Ağdamda “Qarabağ” futbol klubu yığmasının üzvləri ilə birgə olmaqdan məmnunam”.
ARANTV.AZ bildirir ki, bu sözləri Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitter səhifəsində yazıb.
“”Qarabağ” qaçqın və məcburi köçkünlər arasında sürgündə olan yeganə futbol klubu idi. İndi onlar öz doğma şəhərlərinə qayıtdılar”, – deyə Hacıyev əlavə edib.

