Regionlarda qida təhlükəsizliyi və istehlakçı hüquqlarının qorunması ilə bağlı maarifləndirmə işləri həyata keçirilmişdir.-FOTOLAR
“Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Qida Təhlükəsizliyi Agentliyi ilə əməkdaşlıq çərçivəsində “Qida təhlükəsizliyi və istehlakçı hüquqlarının qorunması ilə bağlı monitorinq və maarifləndirmə” layihəsini həyata keçirir. Layihənin əsas məqsədini qida təhlükəsizliyi və istehlakçı hüquqlarının qorunması və monitorinqi istiqamətində maarifləndirmə işləri aparmaqla, qida və ərzaq təhlükəsizliyinin qorunması və möhkəmləndirilməsi məsələlərini cəmiyyətin diqqətində saxlamaq təşkil edir.
Layihə çərçivəsində Göyçay, Ağdaş və Yevlax rayonlarında qida təhlükəsizliyi vəistehlakçı hüquqlarının qorunması ilə bağlı dəyirmi masa keçirilmişdir.
Tədbirlər 10 nəfərlik qruplarda olmaqla, ara məsafəsi saxlanılaraq, maskavə qoruyucu vasitələrdən istifadə etməklə, həyata keçiriləcəkdir. Tədbirlərdə layihə eksperti Rəşad Həsənov tərəfindənqida təhlükəsizliyi sahəsində norma və standartlar, qida təhlükəsizliyi istiqamətində qanunvericilik, qida təhlükəsizliyi probleminin əsas aspektləri, qida təhlükəsizliyi və istehlakçı hüquqlarının qorunması ilə bağlı maarifləndirmə, istehlakçı hüquqlarının qorunmasında ictimai nəzarət barədə təqdimatlar edilmiş,müzakirələr aparılmış, istirakçılar tərəfindən səslənən təkliflər qeyd olunmuşdur ki, müvafiq dövlət orqanına təqdim etmək üçün təkliflər paketinə daxil ediləcəkdir.
Qeyd edək ki, təlimlərdə iştirakçılara layihə çərçivəsində nəşr edilmiş bukletlər, maarifləndirici materiallar və dəftərxana ləvazimatları təqdim edilib.
Layihə çərçivəsində eyni zamanda koronavirus pandemiyası ilə ictimai monitorinq və maarifləndirmə işlərihəyata keçirilmişdir.


