“Bərdə” dənizlərə dönür
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Nəqliyyat Donanmasına məxsus “Bərdə” gəmi-bərəsinin təmiri yekunlaşıb.
ASCO-dan verilən məlumata əsasən, təmir işləri “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılıb.
Sınaq üzüşündən uğurla çıxan gəmi-bərə artıq istismara da qaytarılıb.
Qeyd edək ki, uzunluğu 154,50, eni isə 17 metr olan gəminin maksimal sürəti 13,9 uzeldir. Bərə göyərtəsinə 54 vaqon götürmək qabiliyyətindədir.

