Dünya 

Rusiyada koronavirusdan rekord ölüm

Rusiyada koronavirusa yoluxanların sayı 2,32 milyon nəfəri keçib.

ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, ölkədə son sutka ərzində 26 402 nəfər virusa yoluxub, 569 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 2 322 056 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 40 464 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 1 803 467 nəfər virusdan sağalıb, 478 125 nəfərin müalicəsi isə davam edir.

Daha çox xəbərlər