Gündəm 

Məşhur fotoqraf Ağdam teatrının qarşısındakı heykəlin aqibətindən yazdı – FOTO

Dünya şöhrətli fotoqraf Reza Deqati işğaldan azad edilmiş Ağdam şəhərindən yeni foto paylaşıb.

Fotoqraf sosial media hesabında paylaşdığı fotoya belə şərh əlavə edib:

“Bu heykəli əvvəl olduğu yerdən – Ağdamdakı teatr binasının qarşısından təxminən bir kilometr uzaqda tapdım. Erməni işğalçıları tərəfindən məhv edilmiş heykəlin qalıqları şəhər boyu səpələnib. Heykəlin başını tapa bilmədim”.

Daha çox xəbərlər