Sosial 

“Ayağım QOPUB DÜŞDÜ”- Qazimiz DƏHŞƏTLİ XATİRƏLƏRİNİ DANIŞDI

Sosial şəbəkələrdə Vətən müharibəsində böyük şücaət göstərmiş igidlərimizin qəhrəmanlıq dastanları yer almaqdadır. Onlardan biri də Xüsusi Təyinatlı Qüvvələrin giziri, “Vətən müharibəsi” qazisi İlkin Məmmədzadədir.

Bildirilir ki, İlkinin tək arzusu işğal olunmuş torpaqlarımızın tezliklə düşmən tapdağından azad etmək idi.

Atası Azər Məmmədzadə də I Qarabağ savaşının iştirakçısıdır. İlkin atasının yarımçıq qalan hərbi əməliyyatlarını başa çatdırmaq niyyətində idi.

“Vətən müharibəsi”nin başlaması hər bir Vətən oğlu kimi İlkinin də sevincdən uçmağına səbəb olur. O,Murov dağı istiqamətində uğurlu hərbi əməliyyatlardan sonra Füzuli-Cəbrayıl cəbhəsinə yollanır.

Hadrut istiqamətindəki döyüşləri də kifayət qədər uğurlu olur.

Komandada olan əsgərlər verilən tapşırığı uğurla icra edərək, düşmənə məxsus bir neçə yük maşını və “BMP” ələ keçirirlər. Elə, həmin “BMP”lərə oturaraq durmadan növbəti tapşırığın icrası üçün yollanırlar. İrəlidə gedən hərbi texnika düşmən tərəfindən vurulur. Arxada gələn texnikalar isə tez yerdəyişmə edərək, vurulmamaq üçün başqa istiqamətə hərəkət edirlər. Vurulan texnikanın içindəki hərbçilərdən biri də İlkin olub.

Hazırda vəziyyəti stabil olan qazimiz başına gələnləri Sonxeber.az-a danışıb:

“Ayağımdan ağır yaralanmışdım. Düşmən isə həmin əraziyə dayanmadan mərmi yağdırırdı. Baxdım ki, diz nahiyəmdən aşağı ayağım dəridən sallaq görünür. Düşmənin atdığı mərmilərdən yayınmaq üçün özümü ələ alıb, süründüm. Bu zaman ayağım qopub düşdü. Tibb çantam özümdə idi. Özümə ilk tibbi yardım üçün keyidici iynə çıxarıb vurdum. Yanımda dostum var idi. Partlayışdan kantuziya almışdı, gözləri görmür, qulaqları eşitmirdi. Onu da götürüb hamımız bir yerdə sürünərək hadisə yerindən kənarlaşdıq. Indi vəziyyətim yaxşıdır”.

"Ayağım QOPUB DÜŞDÜ"- Qazimiz DƏHŞƏTLİ XATİRƏLƏRİNİ DANIŞDI"Ayağım QOPUB DÜŞDÜ"- Qazimiz DƏHŞƏTLİ XATİRƏLƏRİNİ DANIŞDI"Ayağım QOPUB DÜŞDÜ"- Qazimiz DƏHŞƏTLİ XATİRƏLƏRİNİ DANIŞDI"Ayağım QOPUB DÜŞDÜ"- Qazimiz DƏHŞƏTLİ XATİRƏLƏRİNİ DANIŞDI

Daha çox xəbərlər