Sosial 

“Görəsən, bizi bəyənərlər?”- Bir əsgərimizin sualına digərinin YANLIŞ cavabı – VİDEO

Sosial şəbəkələrdə əsgərlərimizin maraqlı videosu yayılıb.

ARANTV.AZ  xəbər verir ki, videoda əsgərlərimizdən biri digərinə “görəsən bizi bəyənərlər?” sualını verir .

Digəri isə cavabında “yox, inanmıram. Çünki biz ermənilərin qanını içmişik” deyir.

Azərbaycan ordusunun igid əsgərinin bu cavabı tamamilə yanlışdır. Çünki bütün Azərbaycan xalqı əsgərlərimizlə fəxr edir, qürur duyur.

30 ilə yaxın erməni işğalı altında olan torpaqlarımızı 44 günə qaytaran qəhrəman ordunun igid əsgərlərini sevməmək, bəyənməmək olarmı?

Əlbəttə ki, yox!

İgid əsgərimizin hansı məntiqlə belə bir cavab verdiyini bilməsək də, onu dəqiq bilirik ki, bu cavabı verən igidimiz də, bizim qəhrəmanımız və qürurumuzdur!

Bu arada qeyd edim ki, erməni işğalçılarının zaman-zaman azərbaycanlılara qarşı törətdikləri vəhşilikləri artıq bütün dünya bilir.

Təkcə bu il Bərdə, Gəncə və digər bölgələrimizdə planlı şəkildə həyata keçirdikləri vandalizm aktını bütün ictimaiyyəti gördü.

İndi ən önəmlisi Ali Baş Komandanın rəhbərliyi ilə igid əsgərlərimizin qanı, canı bahasına torpaqlarımızın işğaldan azad olunması ilə illərdir ayaqlanan, tapdanan qürurumuzun yenidən bərpa olunmasıdır. İndi biz qalib ölkənin başını dik tutan vətəndaşlarıyıq.

 

Daha çox xəbərlər