Cəlilabadda avtomobil 10 yaşlı uşağı vurub
Cəlilabad rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
ARANTV.AZ report-a istinadən xəbər verir ki, hadisə Cəlilabad şəhəri ərazisində qeydə alınıb.
Şəhər sakini, 2008-ci il təvəllüdlü Musayeva Zəhra Şövqü qızını minik avtomobili vurub. Yaralı xəstəxanaya çatdırılıb və ona tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.

