Naxçıvana qar yağıb – FOTO
Ötən gündən başlayaraq Naxçıvan Muxtar Respublikasının (MR) ərazisinə qar yağır.
ARANTV.AZ oxu.az-a istinadən xəbər verir ki, noyabrın 25-də səhər saatlarından başlayan qar Muxtar Respublikanın dağlıq və dağətəyi ərazilərində yerləşən yaşayış məntəqələrində davam edib.
Hazırda Naxçıvan ərazisində soyuq və yağıntılı hava şəraiti hökm sürür.

