Hadisə 

Xaçmaz sakini beyninə qan sızması nəticəsində vəfat edib

Bir müddət əvvəl spirtli içkidən zəhərlənərək vəfat etdiyi barədə məlumat yayılan Xaçmaz rayon sakini Mehrab Baratovun başqa səbəbdən dünyasını dəyişdiyi məlum olub.

Xaçmaz rayonu, Nərəcan kənd sakini, 1996-cı il təvəllüdlü Mehrab Baratovun ailə üzvləri APA-ya bildirib ki, tibbi ekspertizanın rəyinə əsasən, o, beyninə qan sızması nəticəsində vəfat edib.

Qeyd edək ki, M.Baratovun vəfat etməsi barədə məlumat noyabrın 16-da yayılıb.

Daha çox xəbərlər