İdman 

Bakı Metropoliteni “Qarabağ” klubunun müraciətini cavablandırıb

Bakı Metropoliteni Avropa Liqasının V turunda Portuqaliya “Sportinq”i ilə qarşılaşacaq “Qarabağ” klubunun müraciətini cavablandırıb.

ARANTV.AZ Report-a istinadən məlumat verir ki, bu barədə metropolitenin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

O bildirib ki, “Koroğlu” stansiyasının girişi görüşdən sonra zərurət olduğu qədər açıq olacaq.

Qeyd edək ki, noyabrın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək matç saat 21:55-də başlanacaq. Görüşün sonu gecə yarısına təsadüf edəcəyindən, klub azarkeşlərin rahat şəkildə ünvanlarına çatması üçün metronun bir saat gec – saat 01:00-da bağlanması xahişi ilə Bakı Metropoliteninə müraciət edib.

Daha çox xəbərlər