Sosial 

Atasına yas saxlayan 12 yaşlı şəhid oğlu – Fotolar

Dünyaca məşhur Azərbaycan əsilli fransız fotoqraf Rza Deqati şəhid Elmir Əliyevin dəfn mərasimində lentə aldığı fotoları yayımlayıb.

ARANTV.AZ  xəbər verir ki,”2783 – heç bir rəqəm deyil, münaqişə zamanı öldürülən Azərbaycan əsgərlərinin sayıdır. Bu kişilərin hər biri ata, oğul, qardaş, əmi, əmiuşağı, dost, qardaş oğlu və nəvə idi. Bir əsgərin ölümünə və dəfninə şahid olduğum zaman ailəsinin bununla necə barışdığını soruşmaqdan əl çəkə bilmirəm. Bu kişi və qadınlardan hər hansı birindən soruşsanız, bir hekayəsi var… Əsgər öldü, ailəsi isə əbədi kədərlənəcək.

Quzanlıda Elmir Əliyevin dəfnində iştirak etdim. Ağdam rayonunun İsmayılbəyli kəndində yaşayan zaman 12 yaşında olarkən erməni əsgərləri tərəfindən evindən çıxarılıb. Bütün ailəsi ilə qaçqın olub. Qarabağın ikinci müharibəsi başlayanda könüllü olaraq döyüşməyə və kəndini geri almağa kömək edib. 3 noyabrda bir erməni snayperi tərəfindən vurularaq öldürülüb.

Oğlu Məhərrəm atasının 12 yaşında yaşadıqlarının bir güzgüsü kimidir. O da 12 yaşındadır və indi atasının itkisinə yas tutur. Müharibənin faciəsi budur.

Bu dövr sona çatmalıdır. Məhərrəm və 13 yaşındakı bacısı Nurgülün dinc yaşamaq hüququ var”.

Daha çox xəbərlər