Sosial 

“Rembo” ləqəbli ŞƏHİDİMİZİN görüntüləri YAYILDI: Maşını əli ilə… – VİDEO

Sosial şəbəkələrdə Vətən müharibəsində şücaət göstərmiş igidlərimizi onlara qoyulan “ad” lardan tanıyırıq. Onlardan biri də “Rembo” ləqəbli Bəyverdiyev Rafik Nurməhəmməd oğludur.

ARANTV.AZ  Sonxeber.az-a istinadən yaxınlarının dili ilə şəhid olna əsgərimizin hekayəsini izləyicilərlə bölüşür:

“Bəyverdiyev Rafik 1998-ci il iyunun 1-də Qusar rayonu Cibir kəndində anadan olub. Orta təhsilini Cibir kənd məktəbində alıb. 2016-2018-cı ildə həqiqi hərbi xidmətdə olub.
2020-ci il sentyabrın 21-i səfərbərlik elan olunanda Rafik də döyüşlərə qatılıb.

Rafik döyüş yoldaşları arasında çox böyük hörmət qazanıb. Mərd, qorxmaz olduğuna görə döyüş yoldaşları ona “Rembo” ləqəbini veriblər.
Axırıncı döyüşdə Rafik komandiri və başqa bir hərbçi yoldaşı düşmən mühasirəsinə düşürlər. Həmin döyüşdə oktyabrın 25- də Füzuli ərzisində Rafik qəhrəmancasına şəhid olur. Noyabr ayının 17-si şəhidin nəşi doğulduğu Cibir kəndinə gətirilir və torpağa tapşırılır”.

Təqdim edilən yazı ilə bərabər işlək vziyyətdə olan maşını əli ilə saxlaması kadrı da sosial şəbəkədə izləyicilərlə bölüşülüb.

Həmin videonu təqdim edirik:

 

Daha çox xəbərlər