Büdcə qəbul edildi
“Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.
ARANTV.AZ-ın məlumatına görə, noyabrın 27-də keçirilən iclaslarda millət vəkilləri büdcə ilə bağlı fikir və təkliflərini səsləndiriblər.
Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
big.az

