Cəmiyyət 

Rusiyada məhkəmə evli azərbaycanlının ikinci nikahını pozdu

Rusiyanın Kurqan şəhər məhkəməsi yerli sakinin Azərbaycan vətəndaşı ilə nikahını pozub.

ARANTV.AZ oxu.az-a istinadən xəbər verir ki, araşdırmalar zamanı azərbaycanlı bəyin vətənində artıq evli olduğu aydınlaşıb.

Kurqan prokuroru məhkəməyə müraciət edərək, Rusiyada bağlanan nikahın pozulmasını istəyib.

Azərbaycan vətəndaşı ilə Kurqan sakininin 2016-cı ilin iyununda bağlanan nikahı saxta olub.

Prokurorluğun məlumatına görə, azərbaycanlı 2004-cü ildən vətənində ailə həyatı qurub.

Daha çox xəbərlər