Tərtərdə yanacaqdoldurma məntəqəsində partlayış: yaralılar var
Tərtər rayonunda yanacaqdoldurma məntəqəsində partlayış baş verib.
ARANTV.AZ Report-a istinadən xəbər verir ki, hadisə zamanı iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Həkimlər yaralıların vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.
Faktla bağlı araşdırma aparılır.

