Gündəm 

Vasif Talıbov SƏRƏNCAM İMZALADI

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin yaradılması haqqında sərəncam imzalayıb.

ARANTV.AZ  xəbər verir ki, sərəncama əsasən, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsi yaradılıb.

Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinə tapşırılıb ki, Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin turist marşrutuna daxil edilməsi və tanıdılması ilə bağlı tədbirlər görsün. Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsində təbiətin qorunmasını və yaşıllıq sahələrinin genişləndirilməsini təmin edəcək.big.az

Daha çox xəbərlər