Sosial 

Azərbaycanda koronavirusdan ÖLÜM SAYI NİYƏ ARTIR? – MÜHÜM AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda 22 dekabr tarixində koronavirusa 2284 yeni yoluxma, 41 ölüm faktı qeydə alınıb. Əvvvəlki yoluxma rəqəmlərində ölüm göstəricisi aşağı, bəzi günlərdə eyni olsa da, ölüm hallarının yoluxma hallarına nisbətdə azlıq təşkil etməsi diqqət mərkəzindədir.

Yəni, gündəlik yoluxma rəqəmlərinin 4-5 min arası olduğu vaxtlarda ölüm rəqəmləri ilə hazırkı gündəlik yoluxmanın 2 min olduğu vaxtda ölüm rəqəmləri arasında ya sabitlik yaranır, ya da ki, getdikcə artır.

Gündəlik yolxumaya nisbətdə ölüm halları niyə artır?

ARANTV.AZ  xəbər verir ki, bununla bağlı Sonxeber.az-a azərbaycanlı professor Adil Qeybulla danışıb:

“Rəsmi rəqəmlərlə real vəziyyət arasında cidd fərq var, çünki real vəziyyət daha ciddidir. Əksər insanlar xəstəxanaya müraciət də etmir, evdə müalicəyə üstünlük verirlər. Ola bilər ki, evdə müalicə alınmış şəxslərin ölümü də qeydiyyata alınsın, ümumi rəqəmləri artırsın. Xəstəxanada vəziyyəti çox ağır xəstələrin olması faktı da var.

Bildirim ki, dünyada COVİD-19- dan ölüm payı 4 faizə qədər təşkil edir. Bu elə də yüksək göstərici sayılmır. Zənciri qırmaq üçün vaksinasiyaya başlamalıyıq, amma vaksinasiyanın edilməsi pandemiyanın dayanması demək deyil. Kollektiv immunitetin formalaşması üçün dünya əhalisinin təxminən 70 faizi vaksinasiya olunmalıdır. Bu da yaxın günlərin işi deyil. İnsanlar xəstəliyi ağır keçirirlər, xəstəliyi gecikdirib, özlərini ağırlaşdırırlar. Xəstəxanaya müracit edəndə də artıq gec olur. Nəticədə, baxmayaraq virusa yoluxmada azalma tendensiyası var, ölüm faizi yüksək olaraq qalır”.

Daha çox xəbərlər