Dünya 

Can Dündarın cəzası bəlli oldu

Türkiyəli tədqiqatçı, jurnalist Can Dündar “casusluq” və “silahlı terror təşkilatına kömək” ittihamı ilə 27 il 6 ay həbs cəzasına məhkum edilib.

Bu barədə “Haber Global” məlumat yayır.

Qeyd edilir ki, o, “Cumhuriyet” qəzetinin baş redaktoru olduğu müddətdə MİT (Milli Kəşfiyyat Təşkilatı) TIR-larının dayandırılması ilə bağlı məxfi saxlanılması lazım olan məlumatları və fotoları yayımlayıb.

Dündar və vəkilləri məhkəməyə gəlməyiblər.

Uzun müddət fərari olaraq axtarışa verilən Dündarın dərhal həbs edilməsinə qərar verilib.

Daha çox xəbərlər