Sosial 

“Koronavirusa yoluxan Trend-in baş redaktorunun vəziyyəti klinik olaraq ağır qiymətləndirilir” – Həkim

Trend İnformasiya Agentliyinin baş redaktoru Rufiz Hafizoğlunun vəziyyəti ağır olaraq qalır.

ARANTV.AZ  bildirir ki, bunu Trend-ə baş redaktorun yerləşdirildiyi klinikanın müalicə həkimi bildirib.

Məlumatda qeyd edilir ki, Rufiz Hafizoğlunun hazırda təzyiqi və hərarəti normaldır: “Ciyərlər hələ ki fəaliyyətini bərpa etməyib. Saturasiya 55 faiz oksigenlə 96 faizdir. Müalicəsi intensiv davam etdirilir, vəziyyəti klinik olaraq ağır qiymətləndirilir”.

Xatırladaq ki, R. Hafizoğlu bir müddət əvvəl koronavirusa yoluxub. Vəziyyəti ağırlaşan baş redaktor “Yeni Klinika”ya yerləşdirilib.

Daha çox xəbərlər