Gündəm 

“Azərbaycanın Statistik İnformasiya Xidməti – ASİS” statistik məlumatların yayım sistemi təqdim edilib

ARANTV.AZ xəbər verir ki, “Azərbaycanın Statistik İnformasiya Xidməti – ASİS” statistik məlumatların yayım sistemi təqdim edilib. ASİS sadə strukturda və məlumatların yayımı sahəsində beynəlxalq səviyyədə tətbiq olunan standartlara uyğun üslubda hazırlanib. Bu da rəsmi statistika  məlumatlarından ölkə istifadəçiləri ilə yanaşı, xarici ölkə vətəndaşlarının və beynəlxalq təşkilatların daha rahat istifadəsinə imkan verəcək.  

Müasir dövrdə statistik istehsal prosesinin təkmilləşdirilməsi və beynəlxalq müqayisəliliyinin təmin olunmasında informasiya texnologiyalarından istifadə vacibdir. Bunun üçün innovativ texnologiyalar əsasında statistik potensialın gücləndirilməsi tələb olunur. Bu prosesdə rəsmi statistika sistemində vahid platforma üzərində metaməlumatlarla müşayiət olunan məlumat bazalarının yaradılması xüsusi rola malikdir. Dövlət Statistika Komitəsi də məlumat bazalarının müasir yayım standartlarına uyğun istifadəçilərə təqdim olunması istiqamətində addımlar atır. Bu addımlardan biri “Azərbaycanın Statistik İnformasiya Xidməti – ASİS” statistik məlumatların yayım sisteminin istifadəyə verilməsidir. Sistem  Azərbaycan Dövlət Statistika Komitəsi və Koreya Statistika Komitəsinin birgə “Azərbaycan Respublikasında Statistik Potensialın Gücləndirilməsi” layihəsi çərçivəsində  hazırlanıb.

Bu sahənin inkişaf etdirilməsi üçün  Dövlət Statistika Komitəsi bir çox beynəlxalq təşkilatlar və inkişaf etmiş ölkələrin aidiyyəti qurumları ilə fəal əməkdaşlıq edir. Koreyanın NurimSoft şirkətinin baş meneceri Keun Yong Kim və Dövlət Statistika Komitəsinin İnformasiya texnologiyaları şöbəsinin müdiri Çimnaz Əliyeva layihə çərçivəsində 2018-ci ildə birgə görülən işlər barədə məlumat verdilər. Sonra ASİS statistik məlumatların yayım sistemi real vaxt rejimində təqdim olundu. Qeyd edək ki, ASİS sadə strukturda və məlumatların yayımı sahəsində beynəlxalq səviyyədə tətbiq olunan standartlara uyğun üslubda hazırlanib. Bu  isə  rəsmi statistika  məlumatlarından ölkə istifadəçiləri ilə yanaşı, xarici ölkə vətəndaşlarının və beynəlxalq təşkilatların daha rahat istifadəsinə imkan verəcək.

 

Daha çox xəbərlər