İkinci Xəzər iqtisadi forumunun tarixi açıqlanıb
İkinci Xəzər iqtisadi forumu 2021-ci il avqustun 11-12-də Moskvada keçiriləcək.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, forumun gündəliyində “Xəzər beşliyi” ölkələrinin iqtisadi-ticari əməkdaşlığının inkişafı, ekologiya, energetika, nəqliyyat, infrastruktur və humanitar sahələrdə əməkdaşlıq məsələləri yer alacaq.
Qeyd edək ki, Xəzər iqtisadi forumunun keçirilməsi barədə qərar 2018-ci ilin avqustunda Xəzəryanı ölkə rəhbərlərinin sammitində qəbul olunub. Birinci Xəzər iqtisadi forumu 2019-cu ilin avqustu 11-12-də Türkmənistanda keçirilib.

