Dünya 

AYİB Azərbaycanda bərpa olunan enerji mənbələri sektorunda real rol oynamağa çalışır

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda bərpa olunan enerji mənbələri sektorunda real rol oynamağa çalışır.

Bu barədə Trend-ə bankdan bildiriblər.

Qeyd olunub ki, AYİB bu sahədə böyük potensial müşahidə edir: “Ölkə rəhbərliyinin enerji bazarının islahatı və biznes mühitinin yaxşılaşdırıması üzrə daimi səyləri bizim vəsaitlərimizi ayırmağımız üçün aparıcı rol oynayır”.

AYİB-dən bildiriblər ki, bankın Azərbaycandakı enerji portfelinin həcmi 425 milyon avro təşkil edir və bunun böyük hissəsi “Cənub Qaz Dəhlizi”nin payına düşür: “Azərbaycan üzrə strategiyaya gəldikdə, AYİB bu sənədi 2019-cu ilin aprelində təsdiq edib. Strategiya Azərbaycanla əməkdaşlığımızın istiqamətlərini 2024-cü ilədək müəyyən edir”.

Daha çox xəbərlər