Küçədə itə yemək verdilər – İT sevincdən AĞLADI – KÖVRƏLDƏN VİDEO
Çinin Şansi əyalətinin Tszinçjun şəhərində yoldan keçənlərdən yemək “dilənən” küçə iti sevincindən göz yaşı axıdıb.
ARANTV.AZ xəbər verir ki, ağlayan itin videosu “Daily Star”-da dərc olunub.
Belə ki, anonim qalmaq istəyən qadın dostları ilə avtomobildə gəzişərkən küçədə it görərək yedizdiriblər. Nə qədər təəccüblü olsa da, onların bu hərəkəri iti kövrəldib və onun göz yaşlarına səbəb olub.
Qadın iti avtomobilə qoyub aparmaq istədiklərini, lakin itin qorxub müqavimət göstərdiyini vurğulayıb.
Daha sonra eyni yerə qayıtdıqlarında iti tapmayan qadın kədərləndiyini və həmin ərazidəki süpürgəçilərə müraciət edəcəyini bildirib.

