Dünya 

Əfqanıstan paytaxtında ard-arda 4 partlayış: ölənlər var

Əfqanıstanın paytaxtı Kabildə səhər saatlarında 3 saat ərzində dörd partlayış törədilib.

ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, partlayışlar nəticəsində iki polis əməkdaşı həlak olub, daha altı nəfər, o cümlədən bir dinc sakin yaralanıb.

Qeyd olunur ki, partlayışların hədəfləri polis və təhlükəsizlik qüvvələrini aparan avtomobillər olub. Hadisə yerində bir neçə tikiliyə də ziyan dəyib.

Partlayışlarla bağlı məsuliyyəti üzərinə götürən qruplaşma olmayıb.

Daha çox xəbərlər