Dünya 

Dağıstanda terror aktının qarşısı alındı

Dekabrın 25-də Dağıstanın paytaxtı Mahaçqala şəhərində terror aktının qarşısı alınıb. 

ARANTV.AZ  APA-ya istinadən bildirir ki, Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidməti (FTX) Daxili İşlər Nazirliyi ilə birgə əməliyyat keçirib.

Nəticədə 4 İŞİD üzvü saxlanılıb.

Terrorçular Dağıstan Respublikasındakı hüquq-mühafizə orqanlarından birinin inzibati binasına hücum etmək və oranı partlatmağı planlaşdırırmış.

Daha çox xəbərlər