Gündəm 

SOCAR Türkiyənin daha 3 rayonuna qaz tədarükünə başlayıb

“SOCAR Turkey”in törəmə şirkəti “Bursagaz” Bursa vilayətinin Orhaneli, Büyükorhan və Harmancık rayolarına qaz tədarükünə başlayıb.

ARANTV.AZ Trend-ə istinadən bildirir ki, “Bursagaz” həmin rayonlarda ümumi dəyəri 150 milyon lirə təşkil edən 200 kilometrdən çox boru kəməri çəkib.

Bundan başqa, 3 rayon ərazisində 110 kilometr uzunluğunda yüksək təzyiqli birləşdirmə xətləri çəkilib

Qeyd edək ki, “SOCAR Turkey” “Bursagaz”ın satın alınmasını 2019-cu ilin iyununda başa çatdırıb.

Daha çox xəbərlər