Bakıda təcili tibbi yardım maşını karantin postunda “ilişdi” – VİDEO
Bakıda təcili tibbi yardım maşını ölkə üzrə xüsusi karantin rejimi elan olunduqdan sonra şəhərin müəyyən yerlərində quraşdırılan postların birində tıxacda qalıb.
Bu barədə videogörüntülər sosial şəbəkələrdə yayılıb.
Video müzakirələrə səbəb olub.
Postlarda maşınların gözləməsi, tıxacların yaranması, itirilən vaxt təcili tibbi yardım maşını ilə aparılan xəstənin həyatı üçün olduqca qiymətlidir.
Yollarda bu cür tıxacların olması insanların həm əsəblərini, həm də canlarını alır.
Həmin görüntüləri təqdim edirik:

