Hadisə 

26 yaşlı oğlan dəm qazından öldü

Goranboyda 26 yaşlı gənc zəhərlənərək ölüb.

ARANTV.AZ  xəbər verir ki, hadisə rayonun Aşağı Ağcakənd qəsəbəsində qeydə alınıb. Quba rayon sakini, 1994-cü il təvəllüdlü Şəhriyar Əzizov hamamda olarkən dəm qazından zəhərlənib.

O, dərhal xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.“Qafqazinfo”

Daha çox xəbərlər