“Azərkosmos” 41,3 milyon dollar dəyərində xidmət ixrac edib – FOTO
2020-ci ilin yanvar-noyabr aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 30 ölkəsinə 41,3 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın dekabr sayında məlumat verilib.
“Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 90 faizini təşkil edib. 2020-ci ilin noyabr ayında isə “Azərkosmos” ASC dünyanın 20 ölkəsinə 3,5 milyon ABŞ dolları dəyərində xidmət ixracı həyata keçirib.
“Azərkosmos” ASC-nin 2020-ci ilin yanvar-noyabr aylarında xidmət ixrac etdiyi əsas ölkələr Fransa, Birləşmiş Krallıq, ABŞ, Malayziya və BƏƏ-dir.

