Güclü zəlzələ Dağıstanı da SİLKƏLƏDİ
Rusiyanın Dağıstan Respublikası ərazisində 5,1 bal gücündə zəlzələ qeydə alınıb.
ARANTV.AZ xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji xidməti bildirib.
Məlumata əsasən, zəlzələnin episentri Qecux kəndindən 7 km cənub-qərbdə olub. Təkanların ocağı 10 kilometr dərinlikdə yerləşib.
Dağıntılar barədə məlumat verilməyib.

