Gündəm 

“Buta Airways” aviaşirkəti Türkiyənin paytaxtı Ankaraya birbaşa aviareyslərə başlayacaq

ARANTV.AZ xəbər verir ki, gələn ilin 31 martından etibarən “Buta Airways” aşağıbüdcəli aviaşirkəti Türkiyənin paytaxtı Ankaraya birbaşa aviareyslərə başlayacaq. Bununlada Ankara loukosterin Türkiyədə dördüncü istiqaməti olacaq. Belə ki, aviaşirkət artıq Bakıdan İstanbula, Alanyaya və İzmirə müntəzəm reyslər həyata keçirir. Aviaşirkətin digər istiqamətləri kimi Bakı-Ankara istiqaməti üzrə də minimal tarif bir tərəf üçün 29 avro təşkil edir. Uçuşlar həftədə iki dəfə – çərşənbə axşamı və bazar günləri yerinə yetiriləcək.

Daha çox xəbərlər