Cəmiyyət Region Xəbərləri 

“Çalışıram ki, belə gənclərə dəsdək olam”- Rəşad Məmmədov belə deyir.

ARNTV.AZ xəbər verir ki, Amerikada yaşayan hər bir azərbaycanlı vətən parçasıdır.Ürəkləri Azərbaycanla döyünür, Azərbaycanla vurur. Bu günlərdə Bərdəli gənc rəssam Günay Məmmədli haqqında ” Sputnik Azərbaycan ” saytında gedən yazıya ölkə daxilində verilən musbət reaksiyalarla bərabər okeanın o tayından , Amerikadanda münasibət sərgilənib. Həmyerlimiz Günaya lazım olan eşitmə aparatı almaq üçün 509 manat civarında Azərbaycan manatı göndərib. Bildirib ki, ” mən özüm bu yolu keçmişəm bilirəm ki, bir insanın şəxsi qabiliyətindən ya da təhsilindən geri qalması nə deməkdir. Çalışıram kı, belə gənclərə desdək olam “.

Onu da qeyd edək ki, Rəşad Cəmil oğlu Məmmədov ermənilərin işğalına məruz qalmış Ağdərə rayonunun Çərəktar kəndindəndir.Uşaqlığı çətin və məşəqqətli məcburi köçkünlük ağrıları ilə keçib.Son bir neçə ildir ki, Amerikada yaşayır. Uzaq, qürbət ölkədə yaşasada Azərbaycanı, azərbaycançılığı daim uca tutur. Rəssam qızımız Günay Məmmədlinin yaradıcılığına dəyər verməsi, Azərbaycanda belə istedadların inkişaf edib, irəli getməsinə dəstək olmağın özü də məhz vətənpərvərliyin ən bariz nümunəsidir.

Allah belə gənclərimizi qorusun!!!

Daha çox xəbərlər